Lavrovun Bakıya səfər tarixi açıqlandı

lavrovun-bakiya-sefer-tarixi-aciqlandi
Oxunma sayı: 5350

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfərinin tarixi açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Lavrov fevralın 27-28-i Bakıda səfərdə olacaq.

Xatırladaq ki, M.Zaxarova ötən həftə Lavrovun Bakıya səfərinə hazırlıq getdiyini açıqlayıb.