Lavrovun Bakıya səfərinin tarixi məlum oldu

lavrovun-bakiya-seferinin-tarixi-melum-oldu
Oxunma sayı: 1688

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun ikinci ongünlüyündə Bakıya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbə bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə S.Lavrovun Azərbaycana səfər edəcəyini bildirmişdi.

Nazir qeyd edib: "Prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi onun səfərindən asılı olacaq".