Lavrovun iranlı həmkarı ilə görüşü təxirə salındı

lavrovun-iranli-hemkari-ile-gorusu-texire-salindi
Oxunma sayı: 1471

Rusiya xarici işlər naziri Sergey Lavrov və İranın XİN başçısı Hüseyn Əmir Abdullahian arasında baş tutacaq görüş təxirə salınıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, görüşün 17 yanvarda Moskvada baş tutacağı bildirilmişdi.

Belə ki, tərəflərin razılığı ilə görüş sonraya təxirə salınıb.

Həmçinin, görüş zamanı Cənubi Qafqaz, Suriya və İranın nüvə problemi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.