Lavrovun Serbiyaya səfəri ləğv edilib

lavrovun-serbiyaya-seferi-legv-edilib
Oxunma sayı: 1434

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiyanın paytaxtı Belqrada planlaşdırılan səfəri ləğv olunub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Serbiya ilə qonşu olan ölkələrin öz hava məkanlarını Rusiyanın xarici işlər nazirinin təyyarəsi üçün bağlamasıdır.

Sergey Lavrov mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu addımın dünya diplomatiyasında bir nümunəsi yoxdur.

Serbiya Prezidenti Aleksandr Vuçiç isə Rusiyanın bu ölkədəki səfiri Aleksandr Botsan Harçenko ilə görüşdüyünü, Sergey Lavrovun planlaşdırılan Belqrad səfərinin ləğv edildiyini açıqlayıb.