“Layf Centr”dən oğurluq edənlər tutuldu

layf-centrden-ogurluq-edenler-tutuldu
Oxunma sayı: 641

Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 3-də Ə.Rəcəbli küçəsində yerləşən "Layf Centr" ticarət mərkəzində Bakı şəhər sakini İsgəndər Məcidova məxsus mağazadan qapını sındırma yolu ilə içərisində 32 min ABŞ dolları, brilliant və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsininn və 18-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Məlik Məlikov, Səbuhi Məmmədov və Vasif İsmayılov fevralın 19-da tutulublar.

Cinayətin digər iştirakçıları Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə axtarışda olanlar Eldəniz Məmmədov və Bəymirzə Həsənov isə martın 2-də Nərimanov Rayon Polis İdarəsinin və 18-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıblar.

Sədan