Layihənin bağlanışı keçirildi

layihenin-baglanisi-kecirildi
Oxunma sayı: 815


Layihənin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyin baş katibi Ağamir Ağamirov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və rayonun fəal gəncləri iştirak edib. Layihənin keçirilməsində məqsəd "Bakı 2015 - Avropa Oyunları"na daxil olan idman növlərinin təbliği, gənclərin maarifləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, yeniyetmə və gənclərin idmana cəlb edilməsi olub. 

Xatırladaq ki, layihə 10 gün davam etdi və rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində keçirilib. Ümumilikdə layihədə 1000 nəfərdən çox gənc iştirak edib.