“Layiqli qələbə qazandıq” - Qurban Qurbanov

layiqli-qelebe-qazandiq
Oxunma sayı: 741

“Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.

Səfərdə “Şerif” üzərində qələbədən sonra açıqlama verən mütəxəssis deyib ki, futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı:

“Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə “Şerif”lə qarşılaşan “Qarabağ” 2:1 hesablı qələbə qazanaraq pley-off mərhələsinə yüksəlib.