“Layiqli qələbə qazandıq”

“Layiqli qələbə qazandıq”
Oxunma sayı: 827

Azərbaycan Premyer Liqasının XII turunun "Sumqayıt" - "Qarabağ" (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov qarşılaşma barədə fikirlərini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni belə şərh edib:

"Şəhərimizdə bayram idi, istəyirdik ki, komanda olaraq hədiyyə edək. Çətin idi, ancaq bunun öhdəsindən gəldik. Həqiqətən, şəhərə bu sevinci yaşada bildik. "Qarabağ" çempionatımızın lideridir. Həftəboyu uşaqlarda istəyi görürdüm. İlk hissədən sonra onlara dedim ki, məğlub da olsaq, istəyinizi görürəm. Biz bu gün üçün deyil, gələcək üçün çalışırıq. İkinci hissə öz oyunumuzu göstərdik, layiqli qələbə qazandıq".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi