Lazarevlə görüşdə Azərbaycanla bağlı geyimdən istifadə etdi - Video

lazarevle-gorusde-azerbaycanla-bagli-geyimden-istifade-etdi
Oxunma sayı: 1534

Ötən gün məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulosun “Q session” layihəsinin qonağı Rusiyanın pop ifaçısı Sergey Lazarev olub.

“Qafqazinfo” xəbər verir ki, videogörüntü vasitəsilə baş tutan proqramda diqqət çəkən məqamlar olub. Onlardan biri də qonağın Rusiyanı iki dəfə “Eurovision”da təmsil edən Sergey olsa da, Dimitrisin Azərbaycanla bağlı geyimdən istifadə etməsi olub. 

Belə ki, bəstəkar Azərbaycanın 2017 təmsilçisi Diana Hacıyevaya (Dihaj) dəstək üçün hazırlanan sviteri geyinib.