“Lazım olarsa, Türkiyə Azərbaycana hərbi yardım edəcək”

“Lazım olarsa, Türkiyə Azərbaycana hərbi yardım edəcək”
Oxunma sayı: 6774

“Azərbaycanın hərbi potensialı Ermənistanın hücumlarını dəf etmək üçün yetərlidir, lakin lazım olduqda Türkiyə ona istədiyi hərbi yardımı edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

“Biz Krım məsələsində Ukraynanı, həmçinin də Gürcüstanı dəstəkləyirik və biz haqlıyıq. Azərbaycanı da eyni şəkildə dəstəkləyirik. Lazım gələrsə, kömək edəcəyik, amma indi Azərbaycanın kifayət qədər imkanlarının olduğunu görürük. Onlarla hərbi əməkdaşlığımız var və Azərbaycan ehtiyac duyduğu hər şeyi biz də daxil olmaqla digər ölkələrdən alıb və bu, onun haqqıdır. Döyüş meydanında da ehtiyac yaranarsa, kömək edə bilərik”,- deyə Çavuşoğlu bildirib.

O həmçinin qeyd edib ki, Ermənistan hücumları ilə beynəlxalq hüquqa məhəl qoymur və buna cavab verilməlidir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi