Le Pen haqqında cinayət işi açıldı

le-pen-haqqinda-cinayet-isi-acildi
Oxunma sayı: 685

Fransada radikal sağçı Marin Le Pen haqqında cinayət işi açılıb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, o, Avropa İttifaqından aldığı maliyyəni rəhbəri olduğu “Milli Cəbhə” partiyasında qeyri-qanuni xərcləməkdə itiham edilir.

Həmçinin, Le Penin pariyadakı şəxsi işlər vəkili Katerina Qriseti və mühafizəçisi Tyerri Leqierini Avropa Birliyində müşaviri kimi göstərdiyi və onların maaşını bu quruma ödətdirdiyi bildirilir.

Onun haqqında “vəzifədən sui-istifadə” və “etibardan sui-istifadə cinayətin dəstək olmaq” maddələri ilə cinayət işi açılıb.

Le Penin vəkili Rodolfo Buselut qərara etiraz edəcəklərini açıqlayıb.

Qeyd edək ki, islamafob və ermənipərəst çıxışları ilə yadda qalan Marin Le Pen prezident seçkilərində də namizədliyini irəli sürmüşdü.