Amerikalı pop ulduz Ledi Qaqa ABŞ-ın vitse-prezidenti Mayk Pens və xanımı Karen Pensi sərt bir şəkildə tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, o, K. Pensinin homoseksual olan şagirdləri qəbul etməyən məktəbdə yenidən pedaqoq olmasına etiraz edib. Qaqa prezident köməkçisi və xanımı haqda “Xristianlığın ən pis təmsilçiləri” şərhini verib.
Mayk Prens isə sənətçinin sözlərinə EWTN kanalında qonaq olarkən münasibət bildirib: “Onun xristian təhsilinə hücum etməsi yolverilməzdir”.
Son xəbərlər
Son Xəbərlər