Ledi Qaqanın köməkçisini öldürüb itlərini oğurlayan şəxsə hökm oxundu

Ledi Qaqanın köməkçisini öldürüb itlərini oğurlayan şəxsə hökm oxundu
Oxunma sayı: 2034

Məşhur müğənni Ledi Qaqanın it gəzdirənini güllələyərək fransız buldoqlarını oğurlayan şəxsə hökm oxunub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, oğurluqda və adam öldürməkdə ittiham olunan şəxs 21 il həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, ötən il fevralın 24-də bir neçə şəxs ifaçının köməkçisi Rayan Fişerə dörd dəfə atəş açıb. O, vəfat edib, gəzdirdiyi itlər isə oğurlanıb.

Hadisədən sonra Ledi Qaqa itləri üçün 500 000 dollar mükafat təklif edib. 2 gündən sonra cinayətdə ittiham olunan qadın itləri geri qaytarıb.

Qeyd edək ki, fransız buldoqlarının qiyməti 1,5 - 3 min dollar arasında dəyişir.