“Legiya” təlim-məşq toplanışı üçün Dubaya yollanacaq heyəti açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Varşava təmsilçisi hazırlıqda iştirak etməli olan 35 futbolçunun adını göstərib. Onlar arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.
Zədədən əziyyət çəkən Bartoş Kapustka və Joel Abu Hanna yanvarın 14-də düşərgəyə qoşulacağı qeyd olunub. Bundan başqa, 5 oyunçunun koronavirusa yoluxduğu üçün təcrid olunduğu, Emrelinin isə yanvarın 5-də hazırlığa başlayandan düşərgəyə gəlmədiyi, səfərə gedəcək kollektivdə yer almayacağı vurğulanıb.
Görünür, “Legiya” rəhbərliyi də 25 yaşlı hücumçumuzun Dubay toplanışına qatılmasını gözləmir. Xüsusən də onun kluba ayrılmaq istədiyini bildirən məktub göndərməsindən sonra. Sadəcə, polşalılar formal olaraq Mahirin adını siyahıda göstərib ki, düşərgəyə qatılmaması təqdirində onunla bağlı sərt cəza tədbiri görmək üçün əsaslı səbəb olacaq.
Emrelinin “Legiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Son xəbərlər
Son Xəbərlər