"Qafqazinfo" xəbər verir ki, bu sözləri Aktual.az-a Milli Məclisin (MM) mətbuat katibi Akif Təvəkküloğlu ANS-in müxbiri Ləman Ələşrəfqızının Milli Məclisin bu gün keçirilən iclasına buraxılmaması barədə yayılan məlumata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ANS-in müxbirinin Milli Məclisə buraxılmaması barədə yayılan xəbərlər əsassızdır:
“Bunun bizə aidiyyatı yoxdur. Sadəcə olaraq ola bilsin ki, özü gəlməyib və ya hansısa bir hadisə baş verib.“
Akif Təvəkküloğlu sonda onu da vurğulayıb ki, ANS-in əməkdaşları Milli Məclisin iclaslarında iştirak etməkçün akkreditasiyadan keçirilib:
“Hesab edirəm ki, bu məsələdə heç bir problem yoxdur. Ona görə də bu məsələni şişirtmək lazım deyil”.