Leninin mavzoleyini sulayan gənclər tutuldu- - Video

leninin-mavzoleyini-sulayan-gencler-tutuldu-
Oxunma sayı: 2077


“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, onlar məqbərənin divarlarına “müqəddəs” (işıqlandırılmış xaç suyu) su töküblər. 

Tutulanların “Mavi atlı” art-qrupunun üzvləri-Evqeniy Avilov, İrina Dumitkata və Oleq Basov olduğu məlum olub. 

Binaya tərəf üz tutan gənclər Leninin meyitinin dəfn olunmasını tələb ediblər. Bundan sonra fəallar tutularaq polis bölməsinə aparılıblar. 

Dindirmə zamanı onlar bildiriblər ki, bu aksiya Sovet ənənəsindən qurtulmağın simvolik bir cəhdi kimi qiymətləndirilməldir. 

Qeyd edək ki, sözügedən gənclər bundan əvvəl də Rusiyada sosial-siyasi problemlərə aid bir neçə aksiya təşkil ediblər. Bunlardan biri noyabrda keçirilmiş “Rublun yandırılması” aksiyası idi.