Lənkəran küçələri yağışdan sonra... - Video+Fotolar

lenkeran-kuceleri-yagisdan-sonra
Oxunma sayı: 4442

Cənubda yağan yağışın intesivliyi səbəbindən Lənkəran şəhəri ətrafından axan suötürücü kanallar daşıb.

“Qafqazinfo” xəbər verir ki, kanallardan daşan yağış suyu şəhərin mərkəzi küçələrinə, həyətlərə dolub.

Həmçinin səhər saatlarında yağan yağışdan sonra 2 və 3 saylı məktəblərə gedən yollar, bazar küçələri sel suları ilə dolub. Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay da daşıb.

Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.

Surxay Şahbazov