Lənkəran-Lerik yolu yenidən qurulacaq - 5 milyon manat ayrıldı

lenkeran-lerik-yolu-yeniden-qurulacaq
Oxunma sayı: 3978

Prezident İlham Əliyev Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, Sərəncama əsasən Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.