Lənkəran sakini dəniz kənarında bıçaqlanıb.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Sahil Parkında qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan 30-35 yaşlarında kişi yaralı vəziyyətdə yoldan keçən taksi sürücüsü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onun vəziyyətinin ağır olduğu deyilir.
Hadisə kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil.
Fakt araşdırılır.
Son xəbərlər
Son Xəbərlər