Lənkəran sakini nakotika satarkən yaxalandı

lenkeran-sakini-nakotika-satarken-yaxalandi
Oxunma sayı: 644

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Lənkəran rayonunun Boladı kənd sakini Eldəniz Nəsirov 3 kiloqram tiryəki və 4 kiloqram həşiş qətranını satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.