Lənkəran və Yardımlıda qayğı mərkəzləri yaradılıb

lenkeran-ve-yardimlida-qaygi-merkezleri-yaradilib
Oxunma sayı: 1890


Tədbirdə qht nümayəndələri ilə yanaşı, millət vəkilləri, UNİCEF-in nümayəndələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təmsilçiləri iştirak edirdi. Mərkızin rəhbəri Aydın Xəlilov bildirdi ki, layihələr nazirliyin sosial sifarişi və dəstəyi ilə Lənkəran və Yardımlı rayonlarında reallaşdırılıb. “Nəticədə Günərzi qayğı Mərkəzləri qurulub. Layihə ölkə prezidentinin ötən il verdiyi müvafiq sərəncamına əsasən həyata keçirilib. Proqram çərçivəsində həmin ərazidə xüsusi qayğıya ehtiyacı olan(çox pis şəraətdə yaşayan), eləcə də sağlamlıq vəziyyəti məhdud uşaqlar cəlb olunub. Uşaqların seçilməsi üçün işçi qrupumuz araşdırma apardı. Nəticədə otuz beş uşaq seçildi. Uşaqlar iki yaş qrupu üzrə (3-6 yaş, 7-12 yaş) layihəyə qoşuldu. Layihə çərçivəsində həm yerli həm də Bakıdan dəvət olunmuş pedoqoqlar, psixoloqlar da işlə təmin olundu. 400 insan iş yeri qazandı. Uşaqlarımız səhər saat 8-dən axşan 8-ə qədər qayğı mərkəzlərində qalaraq, həm qidalanmaq, həm asudə vaxtını səmərəli keçirmək, həm də yeni bilikləri öyrənmək şansını qazandılar. Qısa müddət ərzində uşaqların yaradıcı imkanları da kəşf olundu. Layihə çərçivəsində Lənkəran Dram Teatrında Günərzi Qayğı Mərkəzinin sərgi-tamaşa konserti təşkil olundu.” Bundan sonra da belə proqramların həyata keçirilməsini arzu edən mərkəz rəhbəri UNİCEF-in Azərbaycan nümayəndəliyinə və digər qurumlara təşəkkürünü bildirdi.

Layihədə yaxından iştirak edən “Müşfiq” Əlil Uşaqlara ictimai Yardım Birliyinin rəhbəri Validə Abbasova öz təklifini irəli sürdü. Validə xanim bildirdi ki, ötən il proqram çərçivəsində 35-dən artıq uşaqları seçmək şansımız olmadı. “Halbuki uşaqları həmin mərkəzə yazdırmaq istəyən çox valideyn və övladı kənarda qaldı. Ötən il layihəmizdə nazirliyin göstərişinə əsasən seçilən uşaqların yalnız 20%-i əlil idi. Yaxşı olardı ki, bu ilki layihələrdə daha çox sağlamlıq vəziyyəti məhdud uşaqlara yer ayrılsa daha yaxşı olardı.”

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Ramiz müəllim bildirdi ki, Azərbaycanda rəsmi statistikaya görə, 60 min əlil uşaq var. “Onlardan yalnız 1000-ə qədəri təşkil olunmuş layihələrdə iştirak edə bilir. Ötən il dövlət büdcəsindən layihələr üçün 2 milyon manat ayrılmışdı. Bildiyimə görə, bu il üçün bu vəsait xeyli aşagı səviyyədədir. Təklif edirik ki, bu məsələyə bir də baxılmalıdır. Digər məsələ qeyd olunan layihələrdə nəzərdə tutulmalı məqamlardır. Bu minimum dövlət standartlarının(min.qida standartı, iş təhlükəsizliyi və.s) yaradılması məsələsidir,bu mütləq qanunvericilikdə öz əksini tapmalıdır.”

Müzakirə və təkliflərin verilməsi ilə davam edən tədbirdə millət vəkilləri Sabir Rüstəmxanlı, Rüfət Quliyev, eləcə də mütəxəsislər öz fikirlərini bildirdilər.

Raminə Eyvazqızı