Lənkəranda 12 yaşlı uşağı maşın vurub

lenkeranda-12-yasli-usagi-masin-vurub
Oxunma sayı: 959

Lənkəranda 12 yaşlı uşağı maşın vurub.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Şixəkəran kəndində baş verib.
 
Yolu keçmək istəyən Əziz Vüqar oğlu Ramazanovu avtomobil vurub.
 
Xəsarət alan Ə. Ramazanov dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.