Lənkəranda 18 yaşlı hamilə gəlin itkin düşüb - Foto

lenkeranda-18-yasli-hamile-gelin-itkin-dusub
Oxunma sayı: 4407

Lənkəran rayonunda 18 yaşlı hamilə gəlin itkin düşüb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev “Qafqazinfo”ya bildirib ki, rayonun Velədi kənd sakini, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova 8 gün öncə yaşadığı evdən çıxaraq, geri qayıtmayıb. Onun tapılması istiqamətində müvafiq axtarış tədbirləri aparılır.

Məlumata görə, gənc qadın hamilədir.