20 Yanvar faciə qurbanlarının 26-cı ildönümü Lənkəranda da qeyd edilib.
“Qafqazinfo”nun məlumatına görə, mərasimdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Şəhidlər Xatirə Kompleksinin önünə qərənfil dəstələri qoyub.
Şəhidlərin ruhuna fatihə oxunub.
Sonra İcra başçısı Şəhidlər Xiyabanında hər bir məzar üstünə qərənfillər düzüb, şəhidlərin ailə üzvləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb.
Daha sonra ümumrayon ziyarəti başlayıb.


Son xəbərlər
Son Xəbərlər