Lənkəranda 29 yaşlı kişi itkin düşdü - Foto

lenkeranda-29-yasli-kisi-itkin-dusdu
Oxunma sayı: 4424

Lənkəranda sakini olan 1995-ci il təvəllüdlü Toğrul Eldəniz oğlu Quluzadə itkin düşüb.

“Qafqazinfo”nun məlumatına görə, Toğrul Quluzadə dünən səhər saat 06:00-da işə gedib.

Yaxınlarının verdiyi məlumata görə, o, gündüz saat 11 radələrində işlədiyi yerdən uşaqların xəstə olmaları və evə getmək məcburiyyətində olduğu üçün icazə alıb.

O vaxtdan T. Quluzadədən heç bir xəbər yoxdur. Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Toğrul Quluzadəni görən, ondan məlumatı olanlardan polisə və ya +994504048464 nömrəsinə məlumat vermələri xahiş olunur.

Surxay Şahbazov