Lənkəranda 32 yaşlı kişi intihar etdi

lenkeranda-32-yasli-kisi-intihar-etdi
Oxunma sayı: 1336

Lənkəranda kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, meyit bu səhər Lənkəran rayonunun Göyşaban kəndində evlərin birinin həyətyanı sahəsindəki tikilidə aşkarlanıb.

İlkin məlumata görə, sözügedən ünvanda qeydiyyatda olan 1992-ci il təvəllüdlü Röyal Elhad oğlu Nəsirli özünü asaraq intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır.