Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu axşam Lənkəran şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini 1981-ci il təvəllüdlü Şahin Vilayət oğlu Əsgərov ağır bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
O, əməliyyat blokuna alınıb, həkimlər vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov