Lənkəranda 8 yaşlı uşaq nənəsinin ölümünə səbəb oldu

Lənkəranda 8 yaşlı uşaq nənəsinin ölümünə səbəb oldu
Oxunma sayı: 5071

Lənkəranda nəvə nənəsinin ölümünə səbəb olub.

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bədbəxt hadisə ötən gecə Lənkəran şəhərinin Mirzə Məhəmmədhüseyn Axund küçəsi , ev 190 ünvanında baş verib.

Belə ki, Zaur Ağayev avtomobilini yaşadığı həyətində saxlayıb. Evin 8 yaşlı uşağı nəzarətsiz halda sükan arxasına keçib və avtomobili işlək vəziyyətə gətirib. Qəfildən hərəkətə gələn avtomobil uşağın nənəsi, 62 yaşlı Zahirə Ağayevaya ayaq nahiyəsindən ciddi xəsarət yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Zahirə Ağayeva bu gün xəstəxanada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi