Ötən axşam respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 117 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin tavanı 20 m2 sahədə, 1 ədəd ”Samsung” markalı soyuducu və 1 ədəd aspirator yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər