Lənkəran rayonu ərazisində qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 29-da Lənkəran şəhəri ərazisindən Aşağı Nüvədi kənd sakini Ş.Balayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib, həkimlərin səyinə baxmayaraq orada ölüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini H.Əlili müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.
Son xəbərlər
Son Xəbərlər