Lənkəranda ağır qəza - Ölən və yaralananlar var

lenkeranda-agir-qeza
Oxunma sayı: 1748

Lənkəranın Gərmətük kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Mercedes” markalı minik avtomobili “QAZ-52” markalı maşın toqquşub. Qəza nəticəsində “QAZ-52” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Hakim Tahirov hadisə yerində ölüb.

Xəsarət alanlar 1964-cü il təvəllüdlü Ehtiram Nurullayev və 1978-ci il təvəllüdlü Rasim Quliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.