Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında iri gövdəli ağaca çırpılıb.
Qəzada nəticəsində sürücü, Lənkəran rayonunun Mamusta kənd sakini 1998-ci il təvəllüdlü Azər Arzuman oğlu Babayev hadisə yerində ölüb.
Sərnişinlər- Lənkəran rayonunun Xanbulan kənd sakini 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və onun həmkəndlisi 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ü.Əzizlinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər