Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Lənkəranda tədbir keçirilib.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib. Sonra icra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri abidənin önünə gül düzüb dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra ağacəkmə aksiyası keçirilib. Aksiyada Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də yerli sakinlər iştirak ediblər. Aksiya zamanı xeyli sayda ağac və gül kolları əkilib.
Sonra Heydər Əliyev Mərkəzində H. Əliyevin ömür yolundan bəhs edən sənədli film nümayiş olunub, Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzində talassemiyalı xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.



Son xəbərlər
Son Xəbərlər