Lənkəranda ana doğuşdan sonra öldü

lenkeranda-ana-dogusdan-sonra-oldu
Oxunma sayı: 1631

Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ana ölümü baş verib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Osaküçə kənd sakini  1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də saat 13 radələrində xəstəxananın doğuş şöbəsinə daxil olub və qeysəriyyə əməliyyatı olunub. Həmin gün qadın və yeni doğulan oğlunun vəziyyəti yaxşı olsa da, mayın 2-də V.Quliyevada daxili qanaxma olub. Buna görə təkrar əməliyyata götürülüb və əməliyyat zamanı vəfat edib.

Lənkəran şəhər Prokurorluğunda araşdırma aparılır.