Lənkəran şəhərində anti-böhran tədbirləri həyata keçirilir. İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu səpkili tədbirlərdən biri dünən şəhərin Gərmətük qəsəbəsində baş tutub.
Görüşdə İcra başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların və xidmət sahələrinin rəhbərləri ilə yanaşı 500 nəfər Gərmətük və Velədi kənd sakinləri iştirak edib.
Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Azər Abdullayev görüşü giriş sözü ilə açıb. Natiq qeyd etdi ki, dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq ölkə rəhbərliyinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gördüyü tədbirləri hər bir vətəndaşın razılıqla qarşılanır.
Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, qəsəbə sakini Baloğlan İbadov, Velədi kənd uşaq bağçasının müdiri Tünzalə Xosrovova, ziyalı qadın Alimə Xəlilbəyli, Velədi kənd ağsaqqalı Seyfulla Əsədov çıxışında xalqın həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlərdən bəhs edib. Onlar gəncləri daha fəal olmağa, xalqa xidmət etməyə səsləyib.
İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verdikdən sonra qeyd edib ki, Azərbaycanda əldə olunmuş iqtisadi potensial hər cür çətinliklərə baxmayaraq dövlətimizin iqtisadi təhlükəsizliyini və xalqın firəvan həyat şəraitini təmin edir.

Son xəbərlər
Son Xəbərlər