Lənkəranda anti-böhran tədbirləri müzakirə edildi

lenkeranda-anti-bohran-tedbirleri-muzakire-edildi
Oxunma sayı: 877

Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti görüşünü rayonun Şürük kəndində keçirib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət sahələrinin rəhbər işçiləri və 300 nəfər kənd sakini iştirak edib.

İcra başçısı tədbirdə çıxış edərək bu gün dünyanı narahat edən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirinin az olduğunu deyib.

Çıxış edən kənd sakinləri rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə görə ölkə başçısına minnətdar olduqlarını bildiriblər. Onlar prezidentin anti-böhran tədbirlərini dəstəklədiklərini qeyd ediblər. Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.