Lənkəranda atəşfəşanlıq oldu - Fotolar

lenkeranda-atesfesanliq-oldu
Oxunma sayı: 1574

Aprelin 11-də müvəffəqiyyətlə baş tutan prezident seçkiləri Azərbaycanın hər yerində olduğu kimi Lənkəranda da seçicilərin yüksək əhval-ruhiyyəsi və mütəşəkkilliyi ilə keçib. 

Lənkəran İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, rayonda fəaliyyət göstərən 4 seçki dairəsinin 116 seçki məntəsində seçicilərin tam mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının (YAP)  namizədi İlham Əliyevə səs verərərək ölkədə Heydər Əliyev siyasi kursunun davam etməsi arzusunda olduqlarını bir daha ifadə ediblər.

Bu parlaq qələbə münasibətilə YAP Lənkəran Şəhər Təşkilatının təşəbbüsü ilə Heydər Əliyev xatirə parkında minlərlə lənkəranlının iştirakı ilə möhtəşəm konsert olub.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, rayon ictimaiyyəti, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər işçiləri konsertdə iştirak ediblər. 

Konsert bayram atəşfəşanlığı ilə başa çatıb.