Lənkəranda avtomobil piyadanı vurub öldürdü

lenkeranda-avtomobil-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1154

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Əsgər Səyadullanın idarə etdiyi “Mercedes 190” markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi vurub.

F. Paşayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin məlumata görə, hadisəyə səbəb əlverişsiz hava şəraiti olub.

Faktla bağlı araşdırma başlanılıb.

Surxay Şahbazov