Lənkəranda balıqçı göldə boğuldu

lenkeranda-baliqci-golde-boguldu
Oxunma sayı: 655

Onun balıq tutarkən ehtiyatsızlıqdan gölə düşdüyü ehtimal olunur. Üzməyi bacarmayan 30 ilin balıqçısı eşitmə və danışma qüsuru olduğundan köməyə kimsəni çağıra bilməyib. Axşam saat təqribən 18:00 radələrində baş verən hadisədən yaxınları gec xəbər tutub.

“Ziyafətin meyidini göldən ilk əvvəl kənd sakinləri və yaxınları çıxarmaq istəsə də, bu mümkünsüz olub. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə gecə saat 23:50 radələrində məlumat verilib. Lakin xilasedicilər gecə saatlarında dərinliyi 20 metrə çatan göldə axtarışları nəticəsiz sayaraq axtarışlara bu gün hava işıqlaşandan başlayıblar”, - deyə Ziyafət Bağırovun qardaşı Asəf bildirib.

Başlanan axtarışlar nəhayət ki 10:30-da nəticə verib. Ziyafət Bağırovun meyidi suyun dərinliyində aşkarlanaraq çıxarılıb və yaxınlarına təhvil verilib. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, süni göl ötən əsrin 70-ci illərində əkin sahələrini suvarmaq məqsədilə yaradılıb.