Lənkəranda bayram yarmarkası təşkil olunub

lenkeranda-bayram-yarmarkasi-teskil-olunub
Oxunma sayı: 1000

Martın 17-də Lənkəranın Velədi kəndi ərazisində Novruz bayramı münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının növbəti satış-yarmarkası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, yarmarkaya Lənkərаn və ətrаf rаyоnlаrdа, həmçinin Bаkı şəhərində fəаliyyət göstərən  firmа və şirkət tərəfindən 40 tona yaxın müxtəlif növ yeyinti məhsulları, meyvə-tərəvəz və şirniyyat, o cümlədən yerli sakinlərin həyətyani sahələrində becərdikləri müxtəlif növ sitrus meyvələri çıxarılıb.

Yarmarkanın keçirilməsində əsas məqsəd bazarda süni qiymət artımının qarşısını almaq olub. Belə ki, rayon sakinləri satışa çıxarılan məhsullaı bazar qiymətindən 25-30 faiz aşağı qiymətə almaq imkanı qazanıblar.

Gün ərzində davam edən yarmarkaya Lənkəran əhər İcra Hakimiyyəti aparatının məsul işçiləri və müvafiq qurumların rəhbərləri baş çəkərək burada yaradılmış şəraitlə, həmçinin məhsulların qiymətləri ilə maraqlanıblar.

Qeyd edək ki, kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası bazar günü də davam etdiriləcək.