Lənkəranda bıçaqlanma olub

lenkeranda-bicaqlanma-olub
Oxunma sayı: 879


“Qafqazinfo” xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 28-də günün ikinci yarısında rayonun Şürük kəndi ərazisində qeydə alınıb. Rayonun Xanbulan kənd sakini, 1993-cü il təvəllüdlü Kamal Calal oğlu Əliyev şəxsi münasibətlər zəminində rayonun Şıxəkəran kənd sakini, 1982-ci il təvəllüdlü Nəvai Nurəddin oğlu Məmmədova bıçaqla bədəninin müxtəlif nahiyələrindən xəsarət yetirib. 

Yaralı dərhal təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətmiş K.Əliyev isə könüllü polisə təslim olub. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.