Lənkəranda bir nəfər çayda batıb

lenkeranda-bir-nefer-cayda-batib
Oxunma sayı: 2428

Lənkəranda 1 nəfər çayda batıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.