Lənkəranda dövlət qulluqçularının peşə bayramı qeyd olundu

lenkeranda-dovlet-qulluqcularinin-pese-bayrami-qeyd-olundu
Oxunma sayı: 1591

23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü Lənkəranda qeyd edilib. İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov bütün dövlət qulluqçularını təbrik edib, İcra başçısı bildirib ki, hazırda Lənkəranda sağlam ab-havanın, işgüzar əhval-ruhiyyənin hökm sürməsinin əsas səbəbi dövlət qulluqçularının öz peşələrinə sədaqətli olmasıdır.

Kadrların peşə hazırlığı məsələlərindən ətraflı söz açan Taleh Qaraşov yekunda bütün dövlət qulluqçularını əlamətdar gün münasibətilə bir daha təbrik edib, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Sonra Lənkəran ŞİH başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyevin məruzəsi dinlənilib. Məruzəçi Azərbaycan Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Qulluqçuları gününün təsis edilməsini, bu günün respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd olunmasını vurğulayıb.

Sonda dövlət qulluğunda fərqlənənlərə Fəxri fərman və hədiyyələri təqdim olunub.