Lənkəranda etiraz aksiyası keçirildi

lenkeranda-etiraz-aksiyasi-kecirildi
Oxunma sayı: 4686


“Qafqazinfo” xəbər verir ki, Liman qəsəbə sakini İman Əliyevin "Azadlıq" radiosuna dediyinə görə, ərzaq mağazalarının çoxu bağlıdır. Mağazalar əhaliyə nisyə mal vermir. Manatın məzənnəsinin aşağı düşməsi əhalini qəzəbləndirib. İşıqların tez-tez söndürülməsi insanları bezikdirib.

Liman qəsəbə bələdiyyəsindən bildirdilər ki, yol bağlı olmayıb. 5-10 nəfər sakin yolların bərbad olmasına, işıq və qazın fasilə ilə verilməsinə etiraz ediblər. Rayon rəhbərliyi hadisə yerindədir və bu barədə tədbirlər görülür.

Fevralın 21-dən etibarən Azərbaycan manatı təqribən 30 faiz dəyərdən düşüb. Bu bütün ölkədə qiymət artımı ilə müşahidə edilir.