Lənkəranda evinə basqın etmiş cinayətkar tərəfindən bıçaqlanmış 63 yaşlı qadın dünyasını dəyişib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, həkimlər basqınçının bir neçə bıçaq zərbəsi endirdiyi 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızının həyatını xilas edə bilməyiblər.
Onun qızı - 1977-ci il təvəllüdlü İlahə Nəcəfovanın vəziyyəti isə ağırdır.
Qeyd edək ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş cinayətkar Liman şəhərində, Telman Bağırov 32 ünvanındakı evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızına və onun övladı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib
Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər