Lənkəranda futbol “müharibə”si- - Fotolar

lenkeranda-futbol-muharibesi-
Oxunma sayı: 6145


Bu gün Lənkəranda baş tutan “Xəzər Lənkəran” – “Neftçi” matçının son saniyələrində aləm bir-birinə dəyib. 

Belə ki, matçın son saniyələrində Lənkəran klubunun hesabı bərabərləşdirməsinə “Neftçi” etiraz edib. Etirazdan doğan insidentdə hər iki tərəf biri-birini təhqir edib və əlbəyaxa dava düşüb. Nəticədə baş hakim Rəhim Həsənov  3 neftçili (Tərlan Quliyevə, Bruno Bertuççi, Karlos Kardoso) və  1 xəzərli futbolçunu (Ağabala Ramazanov) meydandan qovub.

Qeyd edək ki, oyunda azarkeşləri qıcıqlandıran əsas hərəkətlərdən biri Mahir Şükürovun orta barmaq işarəsini göstərməsidir.

“Qafqazinfo” Xəzər Lənkəran”ın “facebook” səhifəsinə istinadən fotoları təqdim edir: