“Qafqazinfo” xəbər verir ki, hadisə Lənkəran şəhərinin Şəhidlər xiyabanı, 60 ünvanında, Fəridə Axundovaya məxsus fərdi yaşayış evində baş verib.
Hadisə yerinə cəlb olunan xilasedicilər alovun qonşu tikililərə keçməsinin qarşısı alıb.
Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 225 kvadratmetr olan ikimərtəbəli, 6 otaqlı evin dam örtüyü və 90 kvadratmetrlik ərazisi içindəki məişət avadanlıqları ilə birlikdə tamamilə yanıb.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər