Bu gün Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Lənkəranda tədbir keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər işçiləri, qeyri-hökumət təşkilatlarının və şəhər ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərə ehtiramlarını bildiriblər. Sonra İcra başçısı və tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gəlib onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq rayonunun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, əmək kollektivlərində yubiley tədbirləri, elmi-praktik konfranslar, yığıncaqlar, dəyirmi-masalar keçirilib, sərgilər təşkil olunub.



Son xəbərlər
Son Xəbərlər