Lənkəranda III Gənclər Festivalı- - Fotolar

lenkeranda-iii-gencler-festivali-
Oxunma sayı: 1095

 

Gənclər və İdman Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, festival öncəsi nazir Azad Rəhimov, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Müdafiə nazirinin müavini Kərim Vəliyev,  Həzi Aslanovun nəvəsi general-leytenant Həzi Aslanov, İcra başçısı Taleh Qaraşov, millət vəkili Hadı Rəcəbli, Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev, xarici ölkələrin səfirləri  və eyni zamanda Böyük Vətən Müharibəsi veteranları Heydər Əliyevin abidəsini, Sovet Ittifaqi qəhrəmanı Həzi Aslanovun abidəsini və ev muzeyini ziyarət ediblər. 

Saat 20.00-da başlayan və 600-dan artıq tamaşaçının seyr etdiyi festivalda Böyük Vətən müharibəsinin epizodlarını özündə əks etdirən səhnələr təqdim olunub.

Ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi festivalın keçirilməsində məqsəd, gəncləri  vətənpərvərlik  ruhunda  tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə  əyani olaraq çatdırmaq olub.

Eyni zamanda, festivalda  Şərqşunas və tarixçi, Sovet İttifaqı Qəhramanı, Dövlət Mükafatı Laureatı, Əməkdar Elm xadimi Ziya Bünyadovun döyüş şücaətləri 200 nəfərdən çox aktyor və tələbələr tərəfindən tamaşaçılara təqdim edilib.

Sonda tədbir atəşfəşanlıqla yekunlaşıb.