Lənkəranda ildırım elektrik transformatorunun üstünə düşüb.
“Qafqazinfo”nun APA-ya istinadən məlumata görə, hadisə martın 6-da şəhərin Nəsimi küçəsində qeydə alınıb.
İldırım düşməsi nəticəsində transformatorda yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğın söndürülüb.
Yanğın nəticəsində transformatorun içərisindəki yağ açarı və qoruyucu yanaraq sıradan çıxıb. Hadisə baş verən ərazinin yaxınlığındakı evlər enerjisiz qalıb.
Hazırda rayon elektrik şəbəkəsinin qəza briqadası baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.
Son xəbərlər
Son Xəbərlər